Bu gün Avropa Mərkəzi Bankının (AMB) növbəti iclası keçiriləcək və Bank qərarlarını açıqlayacaqdır.

Marja xəbər verir ki, Bloomberg-in keçən həftə təşkil etdiyi sorğuya qatılanların böyük əksəriyyəti, AMB-nin qiymətli kağız (istiqraz) alışı proqramını 500 milyard avro artırmasını gözləyirlər.

AMB-nin əsas faizini 0%-də, depozit faizini mənfi 0,50%-də, marjinal borc faizini 0,25%-də dəyişməz saxlayacağı gözənilir.

AMB faiz qərarını Bakı vaxtı ilə saat 15:45-də açıqlayacaq. 16:30-da AMB sədrinin mətbuat konfransı başlayacaqdır.

AMB Mart ayında 750 milyard avroluq (840 milyard dollar) pandemiya ilə mübarizə üçün təcili satınalma proqramı elan etmişdir. Bank indiyədək proqramın üçdə birindən də azını xərcləyib. AMB mövcud sürətdə gedərsə proqramın böyük olub olmadığını qiymətləndirmək üçün İyul ya da Sentyabr yığıncaqlarına qədər də gözləyə bilər.

Avropa Mərkəzi Bankının yığıncağından çıxacaq nəticələrə görə Avronun Dollar qarşısındak bahalaşması dayana da, davam da edə bilər.

Qeyd etdiymiz kimi, AMB İdarə heyətinin pandemiya ilə təcili istiqraz alışı proqramının 500 milyard avro (556 milyard dollar) artırması gözlənilir. Bu məbləğdən aşağı açıqlanacaq hər hansı bir dəstəyin Avronu ucuzlaşdıra biləcəyi gözlənilir. 

Mart ortasından bəri, demək olar ki, Avro/dollar məzənnəsi 1.08 – 1.12 dollar aralığında qalıb. Bakı vaxtı ilə saat 08:50-də Avro/Dollar məzənnəsi 0,2% mənfidə olmaqla 1,1215 dollar səviyyəsində olub.