Proqram təminatı sənayesinin lideri “Microsoft Corp.” 1.27 milyard dollarlıq antiinhisar iddiası ilə üzləşib. Belə ki, Böyük Britaniya şirkəti qiymətləri haqsız olaraq şişirtməkdə ittiham edib.
İddiada bildirilir ki, Böyük Britaniya şirkətləri “Windows Azure” platformalarından istifadə etməsələr, rəqib tərtibatçıların bulud xidmətlərində “Microsoft Windows Server “proqram təminatını lisenziyalaşdırmaq üçün daha çox pul ödəməli olurlar.
“Azure”dən istifadə edən şirkətlərə nisbətən daha aşağı qiymətlər təklif edir. Bundan əvvəl ABŞ Federal Ticarət Komissiyası “Microsoft”un bulud hesablamaları, proqram təminatının lisenziyalaşdırılması, kibertəhlükəsizlik məhsulları və süni intellekt sahəsində biznesi ilə bağlı antiinhisar araşdırmasına başlayıb.