Braziliyada ötən il işsizlik səviyyəsi 2022-ci illə müqayisədə 1,8 faiz azalaraq 7,8 faiz təşkil edib.
Trend xəbər verir ki, bu barədə Braziliyanın Coğrafiya və Statistika İnstitutu məlumat yayıb.
“2023-cü ildə Braziliyada işsizlərin sayı 8,5 milyon nəfər olub, məşğul əhalinin sayı isə 2022-ci illə müqayisədə 3,8 faiz artaraq 100,7 milyon nəfərə çatıb”, – deyə məlumatda bildirilir.