Son 3 ayda BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 42 nəfər azalıb.

Şirkətdən “Marja”ya daxil olmuş məlumata görə, 2017-ci ilin birinci yarım ilin sonuna BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2743 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.

BP şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2017-ci ilin birinci rübünün sonunda 2785 nəfər, 2016-cı ilin birinci yarısının axırında isə 2 903 nəfər idi. Beləliklə, bu ilin Aprel-İyun dövründə Azərbaycan vətəndaşlarının sayı 42 nəfər, ötən ilin anoloji dövrü ilə müqayisədə isə 160 nəfər azalıb.

Şirkətin Azərbaycanda ixtisaslı işçilərinin təxminən 85%-ni yerli mütəxəssislər təşkil edir ki, bunların da çoxu rəhbər vəzifələrdədir, o cümlədən şirkətin regional rəhbər heyətinin tərkibinə altı azərbaycanlı vitse-prezident daxildir.