Qlobal iqtisadi artım 2024-cü ildə 2,4% ola bilər.

APA xəbər verir ki, bunu BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin iqtisadi təhlil və siyasət departamentinin direktoru Şantanu Mukerci brifinqdə deyib.

Qeyd olunub ki, 2023-cü ildə artım 2,7% olub.

Mukerci həmçinin qeyd edib ki, 2024-cü ildə inflyasiya 2% səviyyəsinə düşməlidir.

Bununla belə, o, əlavə edib ki, dünya iqtisadiyyatı hələ də “təhlükəli zonadan çıxmayıb” və bu, tənəzzülə səbəb ola bilər.