Azərbaycan orta həddən yuxarı gəlir səviyyəsi (4 126 – 12 475 ABŞ dolları) olan ölkələr sırasına daxildir.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının 2016-cı il üçün sənaye inkişafı üzrə hesabatında (UNIDO) deyilir.
Hesabata əsasən, Azərbaycanın qonşu ölkələri – Türkiyə və İran da orta həddən yuxarı gəlir səviyyəsi olan ölkələr kateqoriyasına daxil olub. Sənəddə qeyd olunur ki, Rusiya – yüksək gəlir səviyyəsi, Ermənistan və Gürcüstan isə orta həddən aşağı gəlir səviyyəsi (1 046 – 4 125 dollar) olan ölkələr kateqoriyasında yer alıb.
Bundan başqa, Azərbaycan inkişaf edən sənayesi olan ölkələr kateqoriyasına daxil edilib.
Report