Bitkoin kriptovalyutasının bazar dəyəri 73,5 milyard dollara çatıb.
İKT.lent.az-ın xəbərinə görə, bu göstərici “Coin Market Cap” tərəfindən qeydə alınıb. Avqustun 15-də bir bitkoinin qiyməti 4455 dollar olub. 4 min göstəricisini bitkoin avqustun 13-də ötüb.
Beləliklə, kriptovalyutanın dəyəri Rusiyanın ən iri neft şirkəti olan “Rosneft”in bazar dəyərini keçib. “Rosneft” 53,9 milyard dollar dəyərində qiymətləndirilir.
CNBC-nin məlumatına əsasən bitkoinin səhmləri birjaya çıxarılsaydı, S&P indeksində 74-cü sırada olardı.