12 fevral 2024-cü il tarixli ticarət zamanı “Bitcoin” məzənnəsi “Coindesk” və “Binance”in məlumatlarına görə 50 min dolları ötüb, Banker.az bu barədə VC.ru-ya istinadən xəbər verir.

Xatırladaq ki, 11 yanvar 2024-cü ildə ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) “Bitcoin”ə investisiya edən 11 birja fondunun (ETF) səhmlərinin siyahısını təsdiqləyib. Bu cür qiymətli kağızların alınması insanlara BTC-yə birbaşa sahib olmadan pul yatırmağa imkan verir.

“Bloomberg” qeyd edir ki, “Bitcoin” sonuncu dəfə 2021-ci ilin dekabrında 50 000 dollara olub. Bütün ticarət tarixində kriptovalyutanın maksimum məzənnəsi 69 min dollar təşkil edib.

2022-ci ildə “TerraUSD” steyblkoinin və “FTX” kriptovalyuta birjasının çökməsi fonunda “Bitcoin”in qiyməti 75% azalaraq 16 min dollara düşüb. 1 oktyabr 2023-cü ilə qədər qiymət 27 min dollara qədər artıb və ilin sonuna qədər SEC-in “Bitcoin ETF”ni təsdiqləmək qərarına dair gözləntilər fonunda 42 min dollara yüksəlib.

download 4