Bitcoin (BTC) böyük kriptovalyuta birjasının kiberhücuma məruz qalmasından sonra dünən kiçik eniş yaşadı. Lakin hazırda 2,2% artımla 6.780 dollara əməliyyat görür. Analitiklərə görə Bitcoin-in qiyməti necə dəyişəcək?

Analitiklərin fikrincə, Bitcoin-in qiyməti 7000 dolları hədəfləyir

Bitcoin-in son vəziyyətini dəyərləndirən analitik Omkar Qodboul Bitcoin-in 7000 dolları hədəfləndiyini düşünür. Analitik “Bithumb” hadisəsindən sonra Bitcoin-in 6740 dollardan 6560 dollaradək endiyini və ümumi itkinin 31 milyon dollar olduğunu bildirib. Bitcoin-in Nisbi Güc İndeksi (RSI) 50-dən çoxdur, bu da onun buğa bölgəsində ticarət etdiyini göstərir.

Bitcoin-in qiyməti hansı imkanlara malikdir?

Analitik 4 saatlıq qrafikdə olan yüksəliş tendensiyasının qırılması təqdirdə, qısamüddətli yüksəliş ehtimalının aradan qalxacağını qeyd edir. Qodboul həmçinin günlük bağlanışın 6000 dollardan az olması halında bunun ayı bazarını canlandıracağını və 5000 dollara doğru geriləmənin yaşana biləcəyini vurğulayıb. Mütəxəssisin fikrincə, 5 günlük və 10 günlük MA arasındakı artım qısamüddətli bir eniş tendensiyasını göstərir.

 

kripto.az