Qlobal maliyyə bazarlarında aparıcı kriptovalyuta sayılan bitkoinin nağd forması – “Bitcoin Cash”ın qiyməti 1 000 ABŞ dollarına yaxınlaşıb.

“Report” bu barədə “CoinMarketCap”a istinadən xəbər verir.

Məlumata görə, “Bitcoin Cash” gün ərzində 10,54% bahalaşaraq 981,49 dollar olub. Halbuki iki həftə bundan əvvəl o, 2018-ci il üçün minimal qiymətə – 606,59 dollara ticarət olunurdu.