Təkrarsığorta, pensiya və səhiyyə həllərinin geniş spektrini təmin edən aparıcı qlobal peşəkar xidmətlər şirkəti Aon, Şirkət Birləşmələri və Satınalmaları Hesabatını dərc edib. 

Hesabata görə, 2018-ci ildə bütün dünyada şirkət birləşmələri və satınalmalarının dəyəri 3,8 trilyon dollara çatıb. Bu rəqəm, 2015-ci ildən bu yana görülən ən yüksək rəqəmdir.

Maliyyə xidmətləri sahəsində fəaliyyət göstərən “Dealogic”in məlumatına görə, şirkət birləşmələri və satınalma fəaliyyətləri 2019-un ilk rübündə 1 trilyon dolları aşıb.

Şirkət birləşmə və satınalma əməliyyatlarındakı risklərin təbiəti və əhatəsi də dəyişir. Rəqəmsallaşma, yeni patentlər,  haker hücumları, ekoloji və siyasi dəyişikliklər, yeni iş modelləri yeni təhdidlər doğurur. Şirkətlər təhdidlərə “qurban” olmamaq üçün birləşmə və satınalmaya müraciət edirlər.

Aon-un hesabatı, qarşıdakı illərdə fintech, e-səhiyyə, e-ticarət, robot və proqram təminatı sahələrində şirkət birləşməsi və satınalma fəaliyyətlərinin sürətlə davam edəcəyini nəzərdə tutur.

@Marja