ABŞ-ın xam neft ehtiyatları rekor həcmə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, neft məhsullarına tələbatın azalması fonunda ölkədəki neft ehtiyatları 541 milyon barrelə yüksəlib. Bu, 2017-ci il martın sonlarında qeydə alınan əvvəlki rekord göstəricidən 5 milyon barrel çoxdur.