Şirkətin işdən çıxardığı işçilərin çoxusu əcnəbilərdir.
Səudiyyə Ərəbistanının məşhur inşaat şirkəti “Saudi Binladin Group” neftin qiymətinin ucuzlaşmasının qarşısını almaq üçün büdcə kəsiri barədə elan verub. ANS PRESS-in məlumatına görə, şirkət 50 min işçisini vəzifəsindən azad edib.
Ölkənin ən böyük şirkətlərindən biri olan “Səudi Binladin Group” eyni zamanda Yaxın Şərqin böyük şirkətlərindən biridir.
Binladin şirkətinin Linkedin sosial şəbəkəsində yerləşdirilən məlumatlara görə şirkətin 200 minə yaxın işçisi yatır. Səudiyyə qəzeti olan “Əl Vətən”in yazdığına görə, şirkətin işdən çıxardığı işçilərin çoxusu əcnəbilərdir.
İşdən çıxarılan işçi Krallığı da tərk etmək məcburiyyətində qalacaq. Vəzifələrindən azad edilən işçilərin böyük qismi ölkəni tərk etmək niyyətində deyil. İddia olunur ki, bir çoxu da aylardır ki, maaş ala bilmir. Şirkətdə daha əvvəl də işçilərlə bağlı prolemlər yaşanıb.
Mart ayında işçilər ödənməyən maaşlarını tələb etmək üçün şirkətin Səudiyyə Ərəbistanıdakı ofislərindən birinin binasının qarşısında etiraz aksiyası keçiriblər.
“Saudi Binladin Group” ölkədə tikinti bumu yaşandığı bir vaxtda ən öndə gələn layihələrə imza atıb. Şirkət ən böyük hava limanları, yollar və göydələnlər inşa edib.
“Saudi Binladen Group” “Əl-Qaidə” terrorçu qruplaşmasının öldürülmüş lideriUsamə Binladenin ailəsinə, qohumlarına məxsusdur. Bu şirkətin adı sonuncu dəfə Məkkədə baş verən dəhşətli hadisədə hallanıb.
Belə ki, Məkkə şəhərindəki Məscidi-Həramda baş vermiş kran faciəsində 100 nəfərdən çox insan həyatını itirib. Xəsarət alanların sayının 238 nəfərdən çox olduğu bildirilirdi.
2001-ci ildə ABŞ-da 11 sentyabr terror aktını törətməkdə günahlandırılan “Əl-Qaidə” lideri Usama Bin Ladenin ailəsinə məxsus tikinti şikəti Məscidi-Haramın genişləndirilməsi məqsədi ilə yenidənqurma işləri həyata keçirirdi. Şirkət Usama Bin Ladenin atası tərəfindən qurulub.
Dünyanın ən böyük binası “Bürc Xəlifə”nin də tikintisi Binladen ailəsinə məxsus “Saudi Bin Laden Group” tikinti şirkəti tərəfindən həyata keçirilib. Ölkədə aparılan tikintilərin əksər hissəsinin sərmayədarı bu şirkətdir. “Saudi Bin Laden Group” Qərb şirkətləri ilə də əməkdaşlıq edir.