Bakının ən böyük ticarət mərkəzlərindən olan Binə Ticarət Mərkəzində sahibkarlar artı iki gündür ki, mağazalarını açmırlar.
Ayaqqabı satışı ilə məşğul olan sahibkarlar bildirirlər ki, 3 gündür mağazaların icarə haqlarının aşağı salınması ilə bağlı tələblərinə reaksiya verən yoxdur. Buna görə də aksiya keçirməyi qərarlaşdırmışıq.
Sahibkarlar deyirlər ki, dəfələrlə rəhbərliyə müraciət etsək də, bizim bu tələbimizə reaksiya verən yoxdur. Başqa çarə qalmadığından mağazaları açmamaqla etirazımızı bildiririk.Tələblərimiz yerinə yetməsə heç kim mağazasını açmayacaq.
Musavat.com
Toğtuı İsmayıl