Bazarlar bu axşam açıqlanacaq Fed-in iclas protokollarına fokuslanıb.  
Son toplantıdan bu yana “şahin” tərəfdən “göyərçin” tərəfə keçən Fed-in protokollarda verəcəyi pul siyasəti mesajları əhəmiyyətli olacaqdır.
“Marja” xəbər verir ki, 2018-ci ildə 4 dəfə faiz artıran Fed Yanvar ayı toplantısında faizləri dəyişdirməyərək 2.25 – 2.50% aralığında sabit saxladı. Fed açıqlamasında, faiz artırmaqda səbrli olacağını qeyd etmişdi. Açıqlamada balansın normallaşmasına dair, lazım olarsa balansın azalmasının dayandırılacağı və ya əksinə azaldılacağı mesajı verilmişdi.
Protokollarda 4 trilyon dolların üzərindəki balansın azaldılmasına dair qeyd ediləcək detallar bazar üçün əhəmiyyətli olacaq.

 

Protokollar bu axşam Bakı vaxtı ilə saat 23:00-da açıqlanacaq.

 

NOMURA

“Nomura” balansın normallaşdırılmasına dair planda aydınlaşma gözlədiklərini açıqlayıb.

 UBS

UBS isə ən önəmli məsələnin inflyasiya olduğunu açıqlayıb. “Fed-in “səbrli” olmasında inflyasiyanın kritik əhəmiyyətdə olduğunu düşünürük. Protokollar, aşağı inflyasiya və inflyasiya gözləntilərinə dair narahatlıqları gün işığına çıxara bilər”.

 

“Şahin” mövqe – pul siyasətinin sərtləşdirilməsinin tərəfdarı olmaq

 

“Göyərçin” mövqe – pul siyasətinin yumuşaldılmasının tərəfdarı olmaq