Mərkəzi Bank manatda üzən məzənnə rejiminə keçsə də, bazarı tərk etmir.
Dünən Mərkəzi Bankın sədri Elman Rüstəmov, “Biz məzənnəni idarə edəcəyik. Biz bazardayıq. Biz bu gün ilk auksionumuzu təşkil etdik. Biz həm də məzənnənin əməliyyat çərçivəsini dəyişdik. Buna qədər biz bazarın valyutaya olan tələbini tam ödəyirdik. Lakin bundan sonra artıq biz bazara auksionlar vasitəsilə müəyyən məbləğdə valyuta təklif edəcəyik” deməsi narahatlıqları artırır. Yəni, Mərkəzi Bank yenə valyuta ehtiyatlarından xərcləyəcəkdir. Devalvasiyaya gedilməsinin səbəblərindən biri valyuta ehtiyatlarının azalmasına imkan verməmək idi. “Əgər Mərkəzi Bank bu məqsədlə üzən məzənnə rejiminə keçibsə, yenə valyuta ehtiyatlarının xərclənməsi nə deməkdir?” sualı indi çoxlarını düşüdürür. Əgər vəziyyət düzəlməsə, dollara tələb yüksək qalarsa Mərkəzi Bank bir müddətə qədər bazarda qalacaq və sonra valyuta ehtiyatlarının “əriməsinə” imkan verməmək üçün Manatın “ipini” buraxacaqdır. Bu hal Manatın daha da “ölməsi” ilə nəticələnə bilər.
Elman Rüstəmov dünən dövlət televiziyasında çıxışında “valyuta ehtiyatlarının zalmasına imkan verə bilmərik” şəkilində də fikir bildirib.
Elman Rüstəmov çıxışında belə bir ifadə işlədib: “Biz hesab edirik ki, bu rejim bizə, Manatın əsas dəyərini, bu günkü real dəyərini tapmağa imkan verəcəkdir”. Bu açıqlama da narahatlığı artırıb. Ehtimal olunur ki, Manatın dollar qarşısında real qiyməti 1,55 manatdan da yüksəkdir.
Mənbə:Marja.az