Mərkəzi Bank hərraclarda Dolların ucuzlaşdığını açıqlasa da, banklarda bu hiss olunmur.

“Marja” xəbər verir ki, banklarda Dolların satış qiyməti 1.70 manatdan yuxarıdır. Dolların alış qiymətləri də 1.70 manata yaxındır. Məsələn, saat 13:45-ə olan məlumata görə, Doları ən baha – 1.6995 manata Yapı Kredi Bank Azərbaycan alır. Dolları ən ucuz – 1.7020 manata AFB Bank, AmrahBank və NBC Bank satırlar.

Qeyd edək ki, Mərkəzi Bankda keçirilmiş son 2 hərracda orta çəkili məzənnə 1.7022 manatdan 1.7012 manatadək düşüb.