Mərkəzi Bankın depozit hərracında 250 milyon manatı yığaraq izafi manat kütləsini bir qədər də azaltdıqdan sonra banklarda Dollar cüzi də olsa düşüb.

“Marja” xəbər verir ki, bu gün səhər Dolların ən aşağı satış məzənnəsi 1.7050 manatdan 1.7040 manata düşmüşdü. Bakı vaxtı ilə saat 13:15-ə olan məlumata görə, AmrahBank ABŞ valyutasına 1.70 manat qiymət təyin etməklə Dolları ən aşağı satan bank olub.

Günay Bank da Dolların satış qiymətini 1.7030 manatdan 1.70 manata endirib.

Nikoil Bank Dolları 1.6950 manatdan almağa başlayıb. Səhər ən baha alış məzənnəsi 1.6985 manat idi (Nikoil Bank).

NBC Bank alışı 1.6950 manatdan 1.6930 manata endirib.