Azərbaycanda fəaliyyət göstərən banklar dollar qıtlığı səbəbindən valyuta dəyişmə limitini getdikcə azaldırlar. Bəzi banklarda isə bu məbləğ qeyri-ciddi həddə düşüb. Belə ki, “Yapı Kredi Bank (Azərbaycan)”da dollar satışı cəmi 30 dollarlıq limitlə həyata keçirilir.
Bankın filiallarından verilən məlumata görə, təyin edilən limitə əsasən bir nəfərə cəmi 30 dollar satışına icazə verilib. Bundan əlavə, filialdan 30 dollar ekvivalentində avro da almaq mümkündür ki, bu da 25 dollar deməkdir.
Qeyd edək ki, “Yapı Kredi Bank (Azərbaycan)”da Azərbaycanda dolları ən aşağı alan və ən baha satan banklar sırasındadır.
Bugünkü məzənnəyə əsasən “Yapı Kredi Bank (Azərbaycan)”da dollar alışı 1,5709 manat, satışı isə 1,7014 manat məznnəsi ilə həyata keçirilir. Avroda alış məzənnəsi 1,7511 manat, satış isə 1,8966 manat təşkil edir.
Maraqlıdır ki, Bankdan verilən açıqlamada, dollar satışının ümumiyyətlə dayandırdığı bildirilmişdi.
Fins.az