Dollar bahalaşdıqca, xaicdən idxal olunan meyvələr də bahalaşır.
Bu gündən bir çox meyvə-tərəvəz dükanları bananın 1 kiloqramını 3 manatdan satmağa başlayıblar.
Satıcılar bildirirlər ki, bananın topdansatış qiyməti 2.85 manata qaldırılıb. Onların sözlərinə görə topdansatış qiyməti hər gün qalxır.
Qeyd edək ki, hələ də bəzi supermarket şəbəkələrində bananın qiyməti bir qədər aşağıdır. Yaxın günlərdə həmin şəbəkələrdə də qiymətlərin qalxacağı gözlənilir.
Marja.az