“Dünən http://atbmarket-ua.info/ saytında bir neçə şirkətlə bərabər, “Azpetrol” şirkətinin 20 illik yubileyi münasibətilə alıcılara 1000 litr Aİ-95 markalı benzin hədiyyə ediləcəyi barədə reklam xarakterli yazı dərc edilib”.

 

“Azpetrol” şirkətindən “APA-Economics”ə bildirilib ki, bu bir SPAM-dır və həqiqəti əks etdirmir.

 

“”Azpetrol” heç bir sayta, heç bir sosial şəbəkəyə belə bir məlumat verməyib. Onu da bildiririk ki, “Azpetrol” şirkətinin 20 illik yubileyi 2017-ci ildə qeyd olunub”, – deyə məlumatda vurğulanıb.