Lukoyl şirkətinin prezidenti Vahid Ələkbərov Türkiyədəki biznesindən danışıb.

Lukoylun Türkiyə ərazisində yerləşən yanacaq doldurma məntəqələrinin satışında azalma müşahidə edilmir.

Bu barədə jurnalistlərə şirkətin rəhbəri Vahid Ələkbərovdanışıb.

“Biz Türkiyədəki yanacaq doldurma məntəqələrimizdə hələlik satışın aşağı düşməsi hallarını müşahidə etmirik. Siyasi arenada vəziyyətin gərginləşməsinə baxmayaraq, bizə qarşı münasibət olduğu kimi qalmaqdadır“, – deyə o əlavə edib.


Vahid Ələkbərov – Lukoyl şirkətinin prezidenti

Lukoyl neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənaye-maliyyə kompleksinə malik olan “LUKOYL” şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda da fəaliyyət göstərir.

Türkiyə və Rusiya arsında müasibətlər Rusiyaya məxsus Su-24 təyyarəsinin Türkiyə-Suriya sərhədində vurulmasından sonra gərginləşib.

Daha sonra Rusiya prezidenti Vladimir Putin Türkiyəyə qarşı xüsusi iqtisadi və təhlükəsizlik tədbirləri planı haqqında sərəncam verib.

Belə ki, 2016-cı il yanvar ayının 1-dən Türkiyədən gətirilən bir sıra ərzaq mallarına və bu ölkə ilə vizasız rejimin ttətbiqinə və çarter reyslərin həyata keçirilməsinə qadağalar qoyub.

Bundan əlavə 2016-cı il yanvar ayının 1-dən Türkiyə vətəndaşlarını işə götürmək qadağan edilir.

Prezident həmçinin Rusiya ərazisində Türkiyənin yuridiksiyası altında fəaliyyət göstərən şirkətlərin fəaliyyətinin dayandırılması, yaxud da məhdudlaşdırılması barədə tapşırıqlar verib.(ANS)