2020-ci ilin may ayında Azərbaycanın təmizlənmiş fındıq ixracı ötən ilin mayı ilə müqayisədə 200 min dollar artıb.

Bunu Trend-ə Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri İsmayıl Orucov deyib.

Onun sözlərinə görə, pul ekvivalentində may ayında ixrac həcmi 8,5 milyon dollar təşkil edib:

“2002-ci ilin yanvar-may aylarında Azərbaycandan 51 milyon dollar məbləğində təmizlənmiş fındıq ixrac edilib. Hesabat dövrü ərzində ixrac 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 20 faiz azalıb”.

İ.Orucov qeyd edib ki, 2019-cu ildə Azərbaycan ərazisində fındıq məhsuldarlığı 20 min tona bərabər olub. Mövsümün əvvəlindən ixrac həcmi 16 min ton təşkil edib, qalan 4 min ton daxili bazarın payına düşüb:

“Daxili bazarda satış həcmləri kəskin azalıb, amma bu qiymətlərə təsir etməyib. Xüsusi karantin rejimi dövründə bütün sərhədlər bağlı olduğu vaxt Azərbaycan fındığı Rusiyaya və bir sıra Avropa ölkələrinə ixrac edilirdi”.