2024-cü ilin yanvar ayında Azərbaycandan 1 milyon 489 min dollar dəyərində 1 709 ton nar ixrac olunub.
Banker.az xəbər verir ki, bu, Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Vəziyyəti Haqqında aylıq hesabatında bildirilir.
Qeyd edək ki, 2023-cü ilin eyni dövründə Azərbaycandan 3 milyon 365 min dollar dəyərində 2 691 ton nar ixrac olunmuşdu.
Beləliklə, nar ixracı dəyər ifadəsilə 2.3 dəfə, miqdar ifadəsilə 36.5% azalıb.