“DESFA ilə bağlı danışıqlar davam etdirilir. Tərəflər hələıik hansı faizlə pay istədiklərini açıqlamayıb”.

Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev qeyd edib ki, tezliklə Yunanıstan rəhbərliyi ilə bu məsələ müzakirə ediləcək: “TAP-ın açılış mərasiminə gedəcəm və Yunanıstanın enerji naziri və Yunanıstanın rəhbərliyi ilə bu məsələni müzakirə edəcəyəm”.

Xatırladaq ki, 2013-cü ildə DESFA-nın səhmlərinin 66%-nin satılması ilə bağlı keçirilən beynəlxalq tenderdə 400 mln. avro təklif edən SOCAR qalib gəlib. Lakin sonradan Avropa Komissiyası inhisarçılıq subyektinin yaranması ehtimalı ilə bağlı narahatlığını ifadə edib və araşdırmalara başlayıb. Yunanıstan rəsmiləri isə inhisarçılıq subyektinin yaranmaması prinsiplərini əsas tutaraq bu səhm zərfinin 17%-ni digər şirkətə yaxud üçüncü qrupa satmaq barədə düşündüklərini açıqlayıblar.

Mənbə: Report