Azərbaycan yanvarda ən çox Rusiyadan məhsul idxal edib.

Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən ay ölkəyə ən çox Rusiya, Çin və Türkiyədən məhsul idxal olunub. Rusiyadan idxalın dəyəri 117 milyon ABŞ dolları, Çindən 113,9 milyon dollar, Türkiyədən isə 101,6 milyon dollar olub.