Prezident İlham Əliyevin bu gün təsdiq etdiyi “2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nda 4 hədəf nəzərdə tutulur.
“Report” xəbər verir ki, bunlar, aşağıdakılardır:
– ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin artırılması;
– süni intellektin tətbiqi üçün əlverişli şərait yaradılması;
– süni intellekt sənayesində işləmək üçün ixtisaslı işçi qüvvəsinin hazırlanması;
– cəmiyyətin bütün üzvlərinə süni intellektin faydalarının geniş şəkildə təbliğ edilməsi.
Strategiyada həmçinin 4 prioritet nəzərdə tutulur:
– Süni intellektin idarə edilməsinin inkişafı və təkmilləşdirilməsi;
– Məlumat idarəetməsinin və infrastrukturunun təkmilləşdirilməsi;
– Süni intellekt üzrə istedad və bacarıqların təkmilləşdirilməsi;
– Əlverişli biznes mühitinin yaradılması.