Bu ilin I rübündə Azərbaycanın nəqliyyat sektoru üzrə gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 14,9 % artaraq 3 milyard 154,5 milyon manat təşkil edib.
“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Bununla da, sektorun ümumi daxili məhsulda (ÜDM) payı 5,5 %-dən 6,8 %-ə yüksəlib”, – deyə o qeyd edib.