2017-ci ilin yanvar-iyul ayları ərzində informasiya və rabitə müəssisələri 958,2 mln. manatlıq xidmət göstərib ki, onun da 72%-i əhali tərəfindən istehlak olunub.

İKT.lent.az-ın “APA-Economics”ə istinadən verdiyi xəbərə görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9% artıb, bu sahədə əldə edilmiş gəlirin 81%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 49,8%-i və ya 477,0 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.