Bu ilin ilk 7 ayında Azərbaycanda rəsmi qeydiyyatdan keçən işsizlərin sayı 40 min nəfər artıb.

Bu barədə Dövlət Statistika Komitəsi  xəbər verir. Məlumata görə, 1 avqust tarixinə Azərbaycanın məhculluq orqanlarında rəsmi qeydiyyatdan keçərək işsiz statusu alanların sayı 60 651 nəfər təşkil edib.

İlin əvvəlində isə bu göstərici 20 088 nəfər təşkil edirdi. Rəsmi qeydiyyatdan keçən işsizlərin sayının təqribən 3 dəfə artmasına baxmayaraq, işsizlikdən sığorta ödənişi alan vətəndaşların sayında azalma var. İlin əvvəlində işsizlikdən sığorta ödənişini 1 117 nəfər alırdısa, hazırda bu rəqəm 731-dir.

Statistika Komitəsinin məlumatına görə, işsizlərin 27 548 nəfəri Bakının payına düşüb, bu ilin əvvəli ilə müqayisədə təqribən 3 dəfə artıqdır.

@Fed.az