“Azərbaycan Dəmir Yolları“ QSC-nin infrastruktur departamentində yol təsərrüfatı işçilərinin əmək haqları artırılıb. Bu barədə fins.az-a QSC-dən məlumat verilib. Belə ki, noyabr ayının 1-dən etibarən mexanik, elektrik montyoru, yol briqadiri, yol ustası və yol təsərrüfatında çalışan digər işçilərin əmək haqları 88 manat artırılıb. Əmək haqlarının artırılması təsərrüfat xərclərinin azaldılması hesabına aparılıb. QSC-dən o da bildirilib ki, dəmiryolçuların sosial vəziyyətinin yaxşılaşdırılması ilə əlaqədar əmək haqlarının yenidən artırılması gözlənilir.
İQTİSADİYYAT XƏBƏRLƏRİ
Azərbaycanda dəmiryolçuların əmək haqları artırıldı
Tarix: 16.12.15 [16:15]
Oxunub: 80