Azərbaycanda yanacaq xərclərinin nə qədər olduğu məlum olub.

FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2019-cu ildə avtomobil yanacağı satışından 2 310,5 milyon manat  əldə edilib.

Bu 2018-ci ilin eyni dövrü ilə müqayisədə 2,7% çoxdur. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycanda əhali yanacağa 130 milyon manat daha çox pul xərcləyib. Ümumilikdə parakəndə ticarətə xərclənən vəsaitin 5,9%-i  yanacağa xərclənən vəsaitin payına düşüb.