Sahibkarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi, investisiya layihələrinin güzəştli qaydada kreditləşdirilməsi Sumqayıtda biznes mühitini böyük dərəcədə yaxşılaşdırıb.

“Marja” xəbər verir ki, bunu Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirib.

Başçı deyib ki, 2015-ci ildə şəhərdə 4 zavod istismara verilib.

QUŞ ƏTİ FABRİKİ TİKİLİR

“Sumqayıt Texnologiya Parkında altı zavodun tikintisində işlər yekunlaşmaq üzrədir. Gilan Tekstil Parkında 5 yeni fabrikin, Sumqayıt Sənaye Parkında “AzərSun”un tara fabrikinin və kənd təsərrüfatı üçün zəruri olan azot gübrəsi istehsal edəcək Karbamid zavodunun tikintisi davam etdirilir. İldə 1,5 min ton quş əti istehsal edəcək “Elat” fabrikinin işə salınması əhalinin bu məhsula tələbatının təmin olunmasında mühüm rol oynayacaq.