Bu ilin sentyabr ayının sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 41 aylıq mal və xidmət idxalına kifayət edib.

APA-Economics”in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu göstərici 2020-ci ilin ilk yarısı üzrə mal və xidmət idxalı götürülməklə hesablanıb. Xatırladaq ki, “Moody’s” beynəlxalq reytinq agentliyi ilin əvvəlində Azərbaycanın strateji valyuta ehtiyatlarının ölkənin 30 aylıq idxalını ödəmək üçün kifayət edəcəyi səviyyəsində olacağını proqnozlaşdırmışdı. Beləliklə, faktiki göstərici agentliyin proqnozunu üstələyib.

“Fitch Ratings” beynəlxalq agentliyinin proqnozlarına görə, 2020-ci ilin sonuna Azərbaycanın strateji valyuta ehtiyatlarının 38,3 mlrd. ABŞ dolları təşkil edəcək ki, bu da 23 aylıq idxalı ödəmək üçün kifayətdir.

Xatırladaq ki, bu ilin oktyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 49,780 mlrd. dollar təşkil edib.