Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.

Bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi – Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

Nazir müavininin sözlərinə görə, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi ötən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.

 

@Fins.az