Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda mlrd 454,9 mln manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib.

“Report”un Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8,7%-lik artım müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 2,8% azalaraq 240 mln manat təşkil edib.

Ötən doqquz ay ərzində Azərbaycanda 1mlrd 968,9 mln kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 4,4% çoxdur.

Bunun 874,4 mln kVt/saatı su elektrik stansiyalarının istehsalının payına düşür ki, bu da 2019-cu ilin yanvar-sentyabr aylarının göstəriciləri ilə müqayisədə 22,2% azdır.

Bunun 1mlrd 375,5 mln kVt/saatı isə istilik elektrik stansiyalarının istehsalıdır ki, bu da 2019-cu ilin doqquz ayının göstəriciləri ilə müqayisədə 7,7% çoxdur.

Hesabat dövründə Azərbaycanda 73,2 mln kVt/saat küləklə işləyən stansiyaların enerji istehsalı olub ki, bu da 2019-cu ilin 9 ayının göstəriciləri ilə müqayisədə 14,7% azdır.

Yanvar-sentyabr aylarında ölkədə 37 mln kVt/saat günəş enerjisi ilə işləyən stansiyaların istehsalı olub ki, bu da ötən ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə 8,8% çoxdur.