Azərbaycanda fəaliyyət göstərən 45 bank olmayan kredit təşkilatından (BOKT) 3-nün dövlət büdcəsinə borcu var.

“Report” xəbər verir ki, söhbət “FinEx Kredit”, “Fintrend” və “Gold Finance”dan gedir.

Bu BOKT-ların bu günə ümumi vergi borcu 10 449,76 manat təşkil edir.

BOKT-nin adı Vergi borcu
1 “Finex Kredit” ASC 180,22 manat
2 “Fintrend” QSC 8 882,61 manat
2 “Gold Finance” MMC 1 386,93 manat