2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 21,08 faiz artaraq 65,932 milyon dollar təşkil edib.

Bu barədə Trend-ə Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin iyun ayında Türkiyədən Azərbaycana mebel və oduncaq ixracı 2019-cu ilin iyununa nisbətən 37,04 faiz artaraq 11,558 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-iyun aylarında Türkiyədən dünya bazarlarına mebel və oduncaq ixracı 2,491 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-iyun aylarında ölkənin ümumi ixracının 3,3 faizini təşkil edib.

Son 12 ayda (iyun 2019 – iyun 2020) Türkiyə 5,394 milyard dollar məbləğində mebel və oduncaq ixrac edib.