Azərbaycan Mərkəzi Bankı (AMB) “Ev təsərrüfatlarının maliyyə davranışı və niyyətləri” sorğusunun keçirilməsi üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri fevralın 5-i, saat 15:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə fevralın 15-I, saat 18:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun şöbə rəisi Məlik Mövsümzadədir.

Tenderin nəticəsi fevralın 16-da, saat 15:00-da Portalda açıqlanacaq.