Ayaqlardan ürək çatışmazlığını təyin edən süni intellekt dəstəkli cihaz hazırlanıb.

AZƏRTAC “The İndependent” nəşrinə istinadla xəbər verir ki, “Heartfelt Technologies”in süni intellektli telemonitoru insanın ayağını izləməklə ürək problemlərini aşkar edə bilər.

Kembricdə yerləşən “Heartfelt Technologies”in üzvləri bildirib ki, onun texnologiyası şişkinliyi yoxlamaq üçün ayaqları skan edərək ürək xəstələrini izləyə bilir. Qeyd olunub ki, ayaqlarda şişkinlik, insanın infarkt keçirmə riskinin olduğunun göstəricisi ola bilər. Ayağın şişməsi ürək çatışmazlığının bir əlamətidir və infarktdan iki həftə əvvəl ortaya çıxa bilər, lakin çox vaxt xəstənin diqqətindən yayınmır. Həmin süni intellektlə işləyən cihaz hər bir evdə quraşdırıla bilər və insanlar hər yeriyəndə ayaqlarına avtomatik nəzarət edə bilərlər.

Cihaz xəstəxanadan evlərinə yola salınan xəstələr üçün çox əlverişli ola bilər və xəstəliyi nəzarətdə saxlamağın ən asan yoludur. Cihaz xəstələrin kameranın yanından keçərkən ayaqlarının həcmini izləyərək məlumat ötürür.