Azərbaycanda avtokreditlərin əldə olunması ilə bağlı hazırki şərtlər borc alanlar üçün həddən artıq sərtdir.

 

“VTB Bank (Azerbaijan)” ASC-nin İdarə Heyətinin sədri Yevgeni Kirin belə hesab edir.

 

“Hazırda avtokreditlərin əldə olunması üçün borc alanların iki böyük məhdudiyyəti var. Bu, 50% ilkin ödəniş və gəlirlərə kredit üzrə aylıq ödənişin məbləğinin nisbətidir (50%-i keçməməlidir). Hesab edirəm ki, bu artıq tələbdir və ilkin ödənişin azaldılmasını tələb edən yeni yanaşa tələb olunur”, – Kirin jurnalistlərlə söhbət zamanı bildirib.

 

O qeyd edib ki, 20% səviyyəsində ilkin ödəniş kifayətdir.