Avropa Birliyi (AB), dollara asılılığı azaltmağı və qlobal ticarətdə avronun daha əhəmiyyətli rol oynamasını təmin etməyə hədəfləyən plan hazırlayıb.

Qlobal ticarətə dolların dominatlıq etməsindən narahat olan Avropa Birliyi (AB) Komissiyası, ABŞ-da Joe Bidenin Prezident vəzifəsinə başlamasına 1 gün qalmış Avronun beynəlxalq rolunu gücləndirəcək müxtəlif tədbirləri ehtiva edən yeni strategiyasını açıqlayıb.

Marja xəbər verir ki, Avropanın qlobal iqtisadi sistemdə qabaqcıl rol oynamasını məqsəd qoyan strategiyaya görə;

-Avro pul vahidin qlobal miqyasda istifadəsi artırılacaq. AB, avro istifadəsini təşviq etmək üçün 3-ünçü ölkələrlə danışıqlar aparacaq.

-Avro pul vahidindəki maliyyə alətləri dəstəkləniləcək. Avronun enerji və əmtəə ticarətində beynəlxalq istinad pul vahidi olmasına çalışılacaq.

-AB-nin yeni növ koronavirus (Kovid-19) epidemiyası səbəbilə hazırladığı 750 milyard avroluq xilasetmə proqramı üçün avroda borclanılacaq. Avronun sərmayəçilər üçün daha cazibədar olması təmin ediləcək.

-AB-nin qlobal “yaşıl” maliyyələşmədə bir mərkəz olması və bu maliyyələşmədə Avronun qabaqcıl rol oynaması dəstəkləniləcək.

-AB Komissiyası, Avropa Mərkəzi Bankının (AMB) ola biləcək rəqəmsal  avro işlərinə dəstək təmin edəcək.

-AB-nin kapital bazar infrastrukturu daha da inkişaf etdiriləcək.

– Avropa maliyyə bazarlarının 3-ünçü ölkələrin sanksiyalarına qarşı müqavimətli olmaları təmin ediləcək.

-AB təşkilatları, 3-ünçü ölkələr tərəfindən tətbiq olunan tək tərəfli tədbirlərə (sanksiyalara) istiqamətli təhlükəsizlik açıqlarının aradan qaldırılması üçün maliyyə bazar infrastruktur şirkətləri ilə ünsiyyətə keçəcək.

Strategiyaya dair Brükseldə təşkil edilən mətbuat konfransında danışan AB Komissiyasından Valdis Dombrovskis, “Ortaq pul vahidimiz Avro dünyada ən məşhur ikinci pul vahididir. Planımız, Avronun beynəlxalq rolunu gücləndirməyə istiqamətli uzunmüddətli strategiyanı ehtiva edir” deyib.

Dombrovskis, qlobal iqtisadiyyatın dollara bağlılığını azaldılaraq şoklara qarşı daha etibarlı hala gətirilə bilinəcəyini söyləyib.

Avronun borc alətləri, əmtəələr və enerji kimi sahələrdə istifadəsini artırmağı məqsəd qoyduqlarını bildirən Dombrovskis, “Plan, AB maliyyə sistemini və infrastrukturunu gücləndirməyi ehtiva edir” ifadəsini istifadə edib.