Avropa Mərkəzi Bankı (AMB) 2020-ci ilin ilk iclasında gözlənildiyi kimi faiz dərəcələrində dəyişikliyə getməyib. 

 

“Marja” xəbər verir ki, pul siyasəti faizi sıfır, depozit faizi mənfi 0,50% və marjinal maliyyələşmə faizi də 0,25%-də saxlanılıb.

 

Bankın açıqlamasında inflyasiya hədəfinə yaxınlaşana qədər faizlərin mövcud səviyyədə ya da daha aşağı olacağı qeyd edilib. Qiymətli kağız alışı proqramının ehtiyac olduğu müddətdə davam edəcəyi də bildirilib.

 

AMB-in yeni sədri Christine Lagarde-ın mətbuat konfransı keçirəcəyi gözlənilir.