Avropa Birliyi (AB) və Avropa Azad Ticarət Birliyi (EFTA) ölkələrində avtomobil bazarı bu ilin hesabat dövründə illik müqayisədə 8,6 faiz artıb.

Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) göstəriciləri əsasında hazırlanan “Avropa Avtomobil Bazarı Hesabatı” dərc olunub.

HƏR AY 1,2 MİLYON ƏDƏDƏ YAXIN AVTOMOBİL SATILIB

Hesabata görə, Avropa Birliyi (AB) və Avropa Azad Ticarət Birliyi (EFTA) ölkələrində avtomobil bazarı bu ilin Yanvar-Noyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb və 13 milyon 45 min 791 satış rəqəminə çatıb. Ötən ilin eyni dövründə ümumilikdə 12 milyon 8 min 765 ədəd satış edilmişdi.

Bu dövrdə, ötən ilin eyni dövrü ilə müqayisədə AB (28 ölkə) və EFTA ölkələrində cəmi satışlarını ən çox artıran ilk üç ölkə 44,4%-lə İslandiya, 29,8%-lə İrlandiya və 26,3%-lə Portuqaliya olub.

Bu ilin 11 ayında keçən ilin eyni dövrü ilə müqayisədə ən çox geriləmə isə Lüksemburq (5%), Estoniya (4,5%), və Avstriyada (0,1%) olub.

AB və EFTA ölkələrinin avtomobil bazarı noyabrda 13,7 faiz artıb.(Marja.az)