Avro/dollar məzənnəsi, Avro Bölgəsində iqtisadi artıma dair narahatlıqlar ilə əlaqədar olaraq təxminən 3 ilin ən aşağı səviyyəsinə düşüb.

 

“Marja” xəbər verir ki, Avro/dollar məzənnəsi 2017-ci ilin Aprel ayından bu yana ən aşağı səviyyəsini – 1.0827-ni görüb (Avro ucuzlaşıb, dollar bahalaşıb).

 

Avro Bölgəsinin iqtisadi artımına dair narahatlıqlar Avropa Mərkəzi Bankının (AMB) pul siyatəsini daha da yumuşalda biləcəyinə dair ehtimalları gücləndirib.