Qlobal investisiya bankı “Morgan Stanley”, İranın Hörmüz boğazında İngiltərəyə məxsus neft tankerini dayandırması ilə artan gərginliyə baxmayaraq, neft qiymətlərinin sakit qalacağını proqnozlaşdırıb


 

“Morgan Stanley” artan gərginliyin neft qiymətlərində kəskin yüksəlişə səbəb olmayacağını hesab edir.
“Marja” xəbər veri ki, qurumun Qlobal neft strateqi Martijn Rats Orta Şərqdəki gərginliyin dərinləşməsinin təklifə mənfi təsir göstərəcəyi barədə narahat olmadığını bildirib.

 

Ekspert, “Hörmüz Boğazında keçmişdə də gördüyümüz kimi bu cür gərginliklər vaxtaşırı olur, bəzi fasilələr olsa da, bu uzunmüddətli olmur” şərhini edib.
OPEC-ə üzv olmayan ölkələrdə hasilatın sürətlə artması ilə neft bazarında dəyişiklik olduğunu qeyd edən Rats, “Bu da oyunu böyük ölçüdə dəyişir, buna görə də gərginliyin qiymət hərəkətlərinə təsiri sərt olmyacaq” şəklində bildirib.
Ötən həftə İran İnqilab Mühafizəçiləri Ordusu, Hörmüz Boğazında İngiltərəyə məxsus neft tankerini saxlayıb.
Brent neftin barrelinin qiyməti bu səhər 2%-dən çox yüksələrək 63.75 dollara, ABŞ xam neftinin barrelinin qiyməti 1.7% artaraq 56.68 dollara çatıb.