ABŞ-ın Kaliforniya ştatının Santa-Klara vilayətinin hökuməti “Apple” korporasiyasının ofislərinin birində meyiti aşkar olunmuş kişinin adını açıqlayıb.
İKT.lent.az-ın “Reuters”ə istinadən məlumatına görə, ofisdən bildirilib ki, həlak olan 25 yaşlı Edvard Makovyakdır. Ofisdən bildiriblər ki, onun ölümünə səbəb intihardır.
Xatırladaq ki, aprelin 27-də “Apple”ın mənzil-qərargahındakı konfrans zalında naməlum kişi meyiti aşkarlanıb. Meyiti görən əməkdaşlar dərhal polis çağırıblar. Ölən şəxsin intihar etdiyi güman olunur.