Bu ilin yekunlarına əsasən “Apple” korporasiyası 15 milyon ədəd “ağıllı” saat satışına nail olacaq.

İKT.lent.az-ın xəbərinə görə, bu barədə “DigiTimes” resursu məlumat yayıb. Bu, daha çox yeni nəsil saatların hesabına mümkün olacaq. Onların sayəsində yalnız dördüncü rüb ərzində 4,5 milyon ədədə yaxın cihazın satılması gözlənilir.

Bundan başqa, mənbə iddia edir ki, gələn il 20 milyon ədəd “Apple Watch” satılacaq. Bir çox smartfon istehsalçıları bir il ərzində daha az cihaz satışına nail olur.

“Apple” artıq “ağıllı” saat istehsalçısı kimi öz mövqelərini möhkəmləndirib və hələlik digər şirkətlərin lideri qabaqlamaq şansları yoxdur. Artıq bir çox istehsalçılar, məsələn, “Asus” bu bazardan getmək qərarına gəlib. “Samsung” və ya LG-nin satışlarına gəldikdə, onların artımı hələlik çox cüzidir.