“MacRumors”un məlumatına görə, “Apple” 2026-cı ildə qatlana bilən iPhone modelini təqdim edəcək. Media nümayəndələrinin fikrincə, bu, oxşar qadcetlərin sekqmentində inqilab yaradacaq.
“Display Supply Chain Consultants”ın baş icraçı direktoru və insayder Ross Yanq qatlana bilən cihazlar bazarının 2026-cı ildə 30%-dən çox, 2027 və 2028-ci illərdə isə daha 20% artacağını gözləyir.
Qatlana bilən iPhone haqqında şayiələr uzun müddətdir ki, gəzir, lakin “Apple” bununla bağlı şərh verməyib. Mütəxəssislərin fikrincə, bu, zaman məsələsidir.