Kriptovalyuta analitiki Benjamin Kouen bitkoinin qiymətinin 50 min dollardan aşağı düşməyəcəyini proqnozlaşdırıb.

Banker.az xəbər verir ki, onun sözlərinə görə, dünyanın ən populyar rəqəmsal valyutası noyabrın 10-u qeydə alınmış 69 min dollardan 25%-dən çox ucuzlaşmayacaq.

Analitik sentyabrda da analoji vəziyyətin yarandığını xatırladıb – onda bitkoinin qiyməti 52 min dollara olub və 40 min dollara (-23%) düşəndən sonra yenidən bərpa olub.

Xatırladaq ki, noyabrın 28-i bitkoin ayın əvvəlindən bəri minimum səviyyəyə, 53.2 min dollara düşüb. O andan bəri kriptovalyuta 4 min dollardan (+7%) çox bahalaşaraq 57.3 min dollar səviyyəsinə çatıb. “CoinGecko”nun hesablamalarına əsasən, bitkoinin kapitallaşması 1.08 trilyon dollara çatır.